Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ən çox qar yağan yer açıqlandı

Azərbaycanda ən çox qar yağan yer açıqlandı

Date: 4 December 2015 11:06

Bu gecə ən çox qar Qubaya- Xınalıq kəndinə yağıb. Ötən gün axşam və bu gecə müşahidə edilən hava ilə bağlı məlumat açaıqlanıb. Bu gücə m Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, hava yağıntılı olub, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, gecə saatlarında yarımadanın bəzi yerlərində yağış sulu qara keçib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 15-32 mm (aylıq normanın 60-90 faizi), Lənkəran-Astara zonasında 13-52 mm (aylıq normanın 70-128 faizi), Lənkəranda 130 mm (aylıq normanın 127 faizi), Mərkəzi Aran rayonlarında 18-38 mm (aylıq normanın 87-132 faizi), Böyük Qafqazda 5-35 mm (aylıq normanın 70-90 faizi), Kiçik Qafqazda 7-17 mm (aylıq normanın 27-57 faizi) təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 59, Qəbələdə 37, Rvarudda 35, Lerikdə 32, Altıağacda 31, Şində 29, Şəkidə 25, Ordubadda 24, Yardımlı, Gədəbəy, Kəlvəzdə 22, Qubada 20, Daşkəsəndə 19, İsmayıllıda 17, Ağdərə, Qaxbaş, Sarıbaşda 15, Şahbuzda 14, Naxçıvanda 10, Qaxda 8, Zaqatalada 5, Mərəzədə 1, Qubanın dağlıq ərazilərində 15-59 sm təşkil edib.

Dekabrın 3-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, dekabrın 6-dək qeyri-sabit keçəcəyi, arabir yağıntılı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Bu gün gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Tags:  Azərbaycanda çox qar yağan yer açıqlandı


RƏYLƏR


Top news