Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

11:13 4 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 3-dən başlayaraq yağan güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb, 9 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-a bildirib ki, gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. Hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyir. Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqunun olma ehtimalı var.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, rayon ərazisində ən çox qar Xınalığa yağıb. Burada qarın hündürlüyü 59 santimetrə çatır. Qusarın Ləzə kəndinə 35, Xızı rayonunun Altıağac qəsəbəsinə isə 31 santimetr qar yağıb. Dağətəyi ərazilərdə qarın hündürlüyü 15-16 santimetrdir. Qar yağmaqda davam edir.
Qarın yağması ilə əlaqədar temperatur dağlıq ərazilərdə mənfi 10 dərəcə təşkil edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guclu_qar_sebebinden_Quba_Xinaliq_yolu_baglanib-908149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR