"Bakı"nın sahibi Hafiz Məmmədov: "3 klubun mənə 300 milyon borcu var"

"Bakı"nın sahibi Hafiz Məmmədov: "3 klubun mənə 300 milyon borcu var"
11:14 4 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı” futbol klubunun sahibi, tanınmış iş adamı Hafiz Məmmədov bəzi klubların ona 300 milyon manata yaxın borcunun olduğunu deyib.

 

Lent.az xəbər verir ki, qol.az saytına müsahibəsində H.Məmmədov ona borclu olan klublardan ikisinin adını çəkib: “Mətbuatda yazılır ki, Mübariz Mənsimovun problemi var. Mən bu xəbərə çox pis oluram. Mübariz kimi oğullar ölkəmizə lazımdır. Onun şirkətində çoxlu sayda azərbaycanlı çalışır. Nə qədər adam ailəsini bu şirkətdən qazandığı pulla saxlayır. Heç vaxt istəmərəm ki, bu insanın problemi olsun. Təəssüf ki, “Xəzər Lənkəran”a sponsorluq edən “Palmali” şirkəti ilə məsələmiz açıq qalıb. Əlimizlə pul vermişik. Amma 9 ayda bir dəfə də zəng vurmadılar. Otellərinə qədər gedib çıxdıq. Lakin yenə də reaksiya verilməlidi. Siz yol göstərin, mən nə edim? Konkret olaraq, öhdəliklərini yerinə yetirmək istəmirlər. Axırda məcbur olub, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Bu gün Premyer Liqada yarışan 3 klubun sponsorlarının “Bakı”ya ümumilikdə 300 milyon borcu var. “Xəzər Lənkəran”ı dedik. Digər bizə borclu olan klub “İnter”dir. Üçüncü klubun adını isə hələlik açıqlamaq istəmirəm”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR