Məşhur müğənni əməliyyat olundu (FOTO, VİDEO)

Məşhur müğənni əməliyyat olundu (FOTO, VİDEO)
11:21 4 Dekabr 2015
166 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş əməliyyat olunub.
ANS PRESS-in məlumatına görə, ifaçı özünü narahat hiss edərək xəstəxanaya yerləşdirilib.

Ebru Gündeş müsif olduğdu "O Səs Türkiyə" verilişində ağrıların başlanmasına baxmayaraq sona kimi oturub. Veriliş bitən kimi isə o dərhal xəstəxanaya çatdırılıb. İfaçı kor bağırsaqdan dərhal əməliyyat olunub.

Hazırda səhhəti yaxşı olduğunu açıqlayan ifaçı bir müddət evində dincələcək. Onun şənbə günü Kiprdə verəcəyi konsert də bu səbəbdən ləğv edilib. E.Gündəşin yerinə proqramda müğənni Nilüfər çıxış edəcək.



Müğənni Ebru Gündeş 1999-cu ildə beyin qanamasına görə, əməliyyat masasına uzanıb. Konsert zamanı özündən gedən müğənni uzun müddət müalicə almalı olub.


Ebru Gündeşin beyin qanaması geçirdiyi an.

Ebru Gündeşin həyat yoldaşı əslən azərbaycanlı iş adamı Rza Zərrabdır. Cütlük 2010-cu ildə ailə həyatı qurublar. Onların Alara adlı qızı var.


Ebru Gündeş və Rza Zərrab



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR