Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cavadov Antalyanı Natalyaya dəyişdi

Cavadov Antalyanı Natalyaya dəyişdi

Date: 4 December 2015 11:31

Sankt-Peterburqda yaşayan azərbaycanlı kafesinin adını dəyişərək, "Antalya"-nı "Natalya" ilə əvəz edib.

ANS PRESS-in məlumatına görə, Suriya-Türkiyə sərhədində baş verən hadisədən sonra Sankt-Peterburqda yaşayan azərbaycanlı sahibi olduğu "Antalya" adlanan kafenin adını dəyişdirərək "Natalya" edib.

"Mən milliyyətcə azərbaycanlıyam. Adım Vitali Cavadovdur. Bu il yoldaşımla Türkiyədə dincəlirdik və gördük ki, ruslar oranın mətbəxtini sevirlər. Ona görə, qərara gəldik ki, qayıdandan sonra bir kafe açaq və adını türk sayağı bir şey qoyaq ki, ruslar burada da özlərinin xatirələrini yada sala bilsinlər", - deyə kafe sahibi bildirib.


Vitali Cavadov - kafenin sahibi


Vitalinin sözlərinə əsasən, "Antalya" kafesi iki ay əvvəl Sankt-Peterburqun Lenin prospektində açılıb. Burada, əsasən, Qafqaz mətbəxtinə məxsus yeməklər verilir.


Kafenin yerləşdiyi ərazi


Rusiya və Türkiyə arasında yaranan gərginlikdən sonra Cavadovlar ailəsinə kafenin adının dəyişdirilməsi ilə bağlı heç kim xüsusi göstəriş verməyib. Vitali deyir ki, bir gün özü nərdivana çıxaraq, iki hərfin - A və N-nın yerlərini dəyişir. Onun sözlərinə görə, etdiyi bu jest kafeyə üz tutanlara da xoş gəlib.

Hələ ki, menyuda və bəzi reklam bannerlərində kafenin əvvəlki adını xatırladan məqamlar var. Lakin kafe sahibi onların da tezliklə yenisi ilə əvəzləyəcəyini deyib.


Kafenin menyusu

Ötən ayın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə Hərbi Hava qüvvələri tərəfindən vurulub. Türkiyə tərəfi bunu ərazisinin hava məkanını pozduğu üçün etdiyini desə də, Rusiya bu iddiaları təkzib edib. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Tags:  Cavadov Antalyanı Natalyaya dəyişdi


RƏYLƏR


Top news