Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qar 9 kəndə yolu bağladı

Azərbaycanda qar 9 kəndə yolu bağladı

Date: 4 December 2015 11:32

Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Bununla əlaqədar həmin istiqamətdə 9 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Qubadakı 6 saylı Yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov APA-ya bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyir. Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqununun olma ehtimalı var.

Yolun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.

Quba Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, Quba rayonu ərazisində ən çox qar Xınalığa yağıb. Burada qarın hündürlüyü 59 santimetrə çatır. Dağətəyi ərazilərdə isə qarın hündürlüyü 15-16 santimetrdir.  Qar yağmaqda davam edir.

Dağlıq ərazilərdə mənfi 10 dərəcə temperatur qeydə alınıb.

Milli.Az


Tags:  Azərbaycanda qar kəndə yolu bağladı


RƏYLƏR


Top news