Xəzərin Azərbaycana aid hissəsinin sahilboyu torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr artırılır

11:32 4 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3000 manat miqdarında (hazırda 15-20 AZN-dəkdir), vəzifəli şəxslər 7000 (30-50 AZN-dək), hüquqi şəxslər isə 35 000 (100-150 AZN-dək) manat miqdarında cərimə ediləcək.
Digər dəyişikliyə görə isə eyni əmələr inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədildikdə fiziki şəxslər 5000 (hazırda 25-35 AZN-dək), vəzifəli şəxslər 10 000 (60-80 AZN-dək), hüquqi şəxslər 50 000 manat (150-250 AZN-dək) miqdarında cərimə ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/xezerin-azerbaycana-aid-hissesinin-sahilboyu-torpaq-saheleri-ile-bagli-teleblerin-pozulmasina-gore-c

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR