OPEC-in bugünkü yığıncaqda istehsal kvotasının azaldılması ilə bağlı müzakirələr aparılacaq

OPEC-in bugünkü yığıncaqda istehsal kvotasının azaldılması ilə bağlı müzakirələr aparılacaq
11:33 4 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 4-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) növbəti ümumi yığıncağı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yığıncaqda istehsal kvotasının azaldılması ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Ekspertlər bu yığıncaqda istehsalın azaldılması ilə bağlı hər hansı qərarın verilməyəcəyi qənaətindədirlər. Onlar istehsal kvotasının aşağı salınması ilə əlaqədar OPEC-in üzv olan və olmayan ölkələr arasında müəyyən bir səviyyədə əməkdaşlığın olub-olmayacağından da narahatdırlar. Yığıncaqda hətta bir neçə OPEC ölkəsinin ən böyük istehsalçı olan Səudiyyə Ərəbistanına hasilatı azaltması ilə bağlı təzyiqlər də göstərə bilərlər.
Bundan başqa, dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanının bu yığıncaqda istehsalı 1 milyon barrel azaltma qərarına razılıq verəcəyi də iddia edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/OPEC_in_bugunku_yigincaqda_istehsal_kvotasinin_azaldilmasi_ile_bagli_muzakireler_aparilacaq-908162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR