​AMİP-in qurultayı gələn il keçiriləcək

11:37 4 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a partiyanın sədr əvəzi Arzuxan Əlizadə məlumat verib.
O bildirib ki, qurultayla bağlı bəzi texniki işləri ilin sonuna qədər başa çatdırmaq mümkün deyil: "Hazırda qurultayın günü ilə bağlı partiya daxilində məsləhətləşmələr aparılır. Hələ ki yekun qərara gələ bilməmişik".
A.Əlizadə qeyd edib ki, partiya sədrliyinə namizədlər qurultayın günü təyin edildikdən sonra bəlli olacaq.
Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə oktyabrın 27-də istefa verib. Partiya sədrinin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə həyata keçirir. 

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/gelen-il-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR