Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Kubokunda 5 bombardir

Azərbaycan Kubokunda 5 bombardir

Date: 4 December 2015 11:42

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, "Qarabağ", "Xəzər Lənkəran", "Neftçi", "Qəbələ", "Zirə", "Sumqayıt", "Rəvan" və "İnter" 1/4 final mərhələsinə çıхıb.

Kubokun 1/16 və 1/8 final mərhələlərində ümumilikdə 11 oyun keçirilib. Bu oyunlardan sonra 5 futbolçu bombardirlər yarışında yer alıb.

"Neftçi"nin "Qaradağ Lökbatan"ı 8:0 hesabı ilə yendiyi oyunda dubl edən Elşən Abdullayevlə Ruslan Qurbanov, "Zirə"nin heyətində AZAL-ın qapısına iki dəfə yol tapan Nelson Bonillanın aktivində 2 qol vurub. Hər 3 futbolçunun komandası turnirdə çıхışını davam etdirdiyindən onlar bombardirlik uğrunda mübarizə apara biləcək.

"Şəruruspor"dan Rəhman Musayev və "Qaradağ Lökbatan"dan Sabir Allahquliyevin də aktivində 2 qol var. Amma onlar üçün mübarizə artıq başa çatıb. "Şəruruspor" mübarizəni 1/16, "Qaradağ Lökbatan" 1/8 finalda dayandırıb.

Elşən Abdullayev (Neftçi) - 2 
Ruslan Qurbanov (Neftçi) - 2
Nelson Bonilla (Zirə) - 2
Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 2
Rəhman Musayev (Şəruruspor) - 2

Fanat.az

Tags:  Azərbaycan Kubokunda bombardir

RƏYLƏR


Top news