İranda müəllim küçədə güllələndi

İranda müəllim küçədə güllələndi
11:47 4 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

İranın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin mərkəzində iki silahlı şəxs 60 yaşlı müəllimi güllələyərək öldürüb.

Trend-in məlumatına görə, bu barədə İranın entekhab.ir xəbər saytı məlumat verib.

Məlumata görə, iki nəfər motosikletlə müəllimə yaxınlaşıb və odlu silahla bir neçə dəfə ona atəş açaraq hadisə yerindən qaçıb.

Yaralanan müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Sərdəşt şəhərinin prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Hələlik yaşlı müəllimin hansı məqsədlə öldürüldüyü açıqlanmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR