Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​"Bakcell" Yeni il kampaniyasına start verib

​"Bakcell" Yeni il kampaniyasına start verib

Date: 4 December 2015 11:52

Bakı. 4 dekabr. REPORT.AZ/ "Bakcell" şirkəti Yeni il qabağı yeni kampaniya həyata keçirir. Yeni kampaniya çərçivəsində "Bakcell" abunəçiləri gündə cəmi 0,59 manat ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanı əldə edəcəklər.
Şirkətdən "Report"a bildirilib ki, kampaniya yanvarın 31-dək davam edəcək. Yeni il kampaniyası çərçivəsində bütün "Cin" və "Klass" abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə edə biləcəklər. Bu kampaniyaya qoşulmaq üçün "Bakcell" abunəçiləri pulsuz USSD kodunu yığmalıdırlar (*552#YES).
Qeyd edək ki, abunəçilər bu kampaniyaya qoşularkən növbəti 3 günün gündəlik abunə haqqı, yəni 1,77 manat nömrənin balansında olan vəsaitdən çıxılır, 4-cü gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 manat abunə haqqı tutulur. Kampaniyaya qoşulmaq üçün sonuncu gün yanvarın 27-si saat 23:59-da bitir.
Abunənin ilk 3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan "Prepaid" (əvvəlcədən ödəmə), "Cin" və "Klass" abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidir. Kampaniyada iştirakı dayandırmaq üçün isə *552*0#YES kodunu yığmaq lazımdır.


Tags:  Bakcell Yeni il kampaniyasına start verib



RƏYLƏR


Top news