Azərbaycanda dövlət və bələdiyyə torpaqlarından müvəqqəti istifadə müddəti azaldılır

Azərbaycanda dövlət və bələdiyyə torpaqlarından müvəqqəti istifadə müddəti azaldılır
11:52 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən müvəqqəti istifadə müddəti azaldılır. “Report” xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik ediləcək. 
Dəyişiiklər layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dekabrın 4-də keçirilən iclasında müzakirə olunub. Layihəyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə hüququ 15 ildən 49 ilədək müəyyən olunacaq. 
Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, dövlət və bələdiyyə mülkiyəytində olan torpaqlardan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli formada müəyyən edilir. Belə ki, qısamüddətli müvəqqəti istifadə 15 ilədək, uzunmüddətli müvəqqəti istifadə 15 ildən 99 ilədək müəyyən olunur.
Aqrar siyasət komitəsi Torpaq Məcəlləsinə dəyişikliklər layihəsini təsdiqləyib və parlamentin plenar iclasına tövsiyə edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycanda-dovlet-ve-belediyye-torpaqlarindan-muveqqeti-istifade-muddeti-azaldilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR