Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi ilə görüşüb

Date: 4 December 2015 11:53

Bakı. Trend:

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi İqnasio İbanez ilə görüşüb.

Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

E.Mammadyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.

Nazir həmçinin İspaniyanın təşəbbüskarı olduğu BMT-nin Sivilizasiyalar Alyansının növbəti 7-ci qlobal forumunun 2016-cı ilin aprelində Azərbaycanda keçiriləcəyini qeyd edərək, ispan həmkarını həmin tədbirdə iştirak etmək üçün səfərə dəvət edib. İ.İbanez dəvəti məmnuniyyətlə qəbul edib.

İ.İbanez yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Elmar Məmmədyarov İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi görüşüb


RƏYLƏR


Top news