Baş nazir: Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir

Baş nazir: Andorra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüslərini dəstəkləyir
11:53 4 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Andorranın Baş naziri Antoni Marti Petit bu ölkənin sabiq hökumət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyq və Mərkəzin baş katibi Rövşən Muradov ilə görüşüb.
Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda təşkil edilən Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi Ali səviyyəli toplantı haqqında Baş nazirə məlumat verilib. Oskar Ribas 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün Mərkəzin həmsədrləri adından dəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.
Antoni Marti Petit Foruma dəvətə görə təşəkkürünü bildirib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin müzakirə edilməsində əhəmiyyətini vurğulayıb. O, Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_nazir_Andorra_Nizami_Gencevi_Beynelxalq_Merkezinin_tesebbuslerini_destekleyir-908170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR