Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov ispan həmkarı ilə görüşüb

Elmar Məmmədyarov ispan həmkarı ilə görüşüb

Date: 4 December 2015 11:59

Xarici işlər naziri Elmar Məmmədyarov 3 dekabr 2015-ci il tarixində Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində İspaniya Krallığının xarici işlər üzrə dövlət katibi İqnasio İbanez ilə görüşüb. Lent.az-ın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Nazir Elmar Mammadyarov həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumatlandırıb.

 

Nazir həmçinin İspaniyanın təşəbbüskarı olduğu BMT-nin Sivilizasiyalar Alyansının növbəti 7-ci qlobal forumunun 2016-cı ilin aprelində Azərbaycanda keçiriləcəyini qeyd edərək, ispan həmkarını həmin tədbirdə iştirak etmək üçün səfərə dəvət etdi. İqnasio İbanez dəvəti məmnuniyyətlə qəbul edib. İqnasio İbanez yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin önəmini qeyd edərək, hər iki nazirlik tərəfindən bunun təşviq olunmasının vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.


Tags:  Elmar Məmmədyarov ispan həmkarı görüşüb


RƏYLƏR


Top news