Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bərdədə zəncirvari qəza (FOTO)

Bərdədə zəncirvari qəza (FOTO)

Date: 4 December 2015 12:01

Bərdədə zəncirvari avtomobil qəzası baş verib. Hadisə rayonun Bakı küçəsində Bərdə rayon Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Yüksək sürətlə şəhər istiqamətində hərəkət edən "VAZ-21010" markalı avtomobilin sürücüsü Rüfət Əlizadə yolun kənarında dayanan "VAZ-21011"-i vurmamaq üçün əyləci basıb. Sürücü idarəetməni itirdiyindən maşın qarşıdan gələn Azad Abdullayevin idarə etdyi "Opel" markalı avtomobilə çırpılıb. Daha sonra "VAZ-21011"ə dəyərək dayanıb.


Qəzada iştirak edən avtomobillər


Təhlükəsizlik yastığı insanların həyatını xilas edib


Yol kənarında dayanan VAZ-21011


Zərbə nəticəsndə "Opel"də olan təhlükəsizlik yastıqları açılıb. Məhz bu maşındakıların həyatını xilas edib. "VAZ-21010" da olan sərnişin 22 yaşlı Təhminə Əlizxadə isə xəsarət alıb. Yaralı dərhal Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, Təhminə Əlizadəyə lazimi tibbi yardım göstərilib. Vəziyyəti normal qiymıtləndirilir.

İlkin ehtimala görə, də hadisəyə "VAZ-21010"nun yüksək sürətlə hərəkət etməsi səbəb olub. Hazırda baş vermiş vaktla bağlı Baş Dövlət Yol polisi araşdırma aparır.

Tags:  Bərdədə zəncirvari qəza FOTO

RƏYLƏR


Top news