“Xəzər” telekanalında yayımlanan "İncilər” verilişinin aparıcısı Samirə Rəhimova efirdən gedir.
Bu haqda Axşam.az-a açıqlamasında aparıcı özü deyib. Hamilə olan Samirə analıq məzuniyyətinə çıxdığını bildirib:
“Bu həftə mənim çəkdiyim sonuncu veriliş yayımlanacaq. Övladım dünyaya gəldikdən sonra yenidən aparıcılığa qayıdacam. Böyük ehtimalla bu gələn ilin əvvəlinə təsadüf edəcək. Eyni zamanda yeni bir layihəm də olacaq”.
Qeyd edək ki, S.Rəhimova psixoloq Kənan Rəhimovla ailəlidir. Cütlüyün toyu ötən il olub.