Azərbaycanda tərkibi genetik modifikasiya olunan pambıqdan istifadə qadağan edilir

12:07 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dəyişikliklər layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dekabrın 4-də keçirilən iclasında müzakirə olunub. Layihəyə əsasən, genetik modifikasiya olunan bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunan pambığın və pambıq məhsullarının Azərbaycanda satışına, istifadəsinə və idxalına yol verilməyəcək.
Aqrar siyasət komitəsi dəyişikliklər layihəsini təsdiqləyib və parlamentin plenar iclasına tövsiyə edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/ask/azerbaycanda-terkibi-genetik-modifikasiya-olunan-pambiqdan-istifade-qadagan-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR