Ağstafada şair Həmid Abbasın 80 illik yubileyi qeyd olunub

Ağstafada şair Həmid Abbasın 80 illik yubileyi qeyd olunub
12:08 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 4 dekabr, AZƏRTAC
Ağstafa şəhərindəki “Yazıçılar Evi”ndə Əməkdar İncəsənət Xadimi, şair Həmid Abbasın anadan olmasının 80 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Tədbirdə rayonun mədəniyyət işçiləri, fəal oxucular, məktəblilər və ziyalılar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, gecəni rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq Həmid Abbasın həyat və fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Həmid Abbas Azərbaycan ədəbiyyatında öz dəst-xətti, yeri olan, vətəninə, soykökünə bağlı şair kimi tanınıb. Onun əsərləri oxucular tərəfindən sevilə-sevilə oxunub, şeirlərinə mahnılar bəstələnib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal şairin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Məruzədə Həmid Abbasın nəcib, xeyirxah, qayğıkeş bir vətəndaş olduğu göstərilib. Onun vətənin tarixini, gözəlliklərini və qələbələrini vəsf edən, yurdun ağır günündə birgə olmağa səsləyən vətənpərvər şeirlər yazdığı qeyd olunub.
Tədbirdə incəsənət ustaları şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_sair_Hemid_Abbasin_80_illik_yubileyi_qeyd_olunub-908176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR