Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bakcell” Yeni il ərəfəsində növbəti kampaniyaya başlayıb

Date: 4 December 2015 12:13


Bakı, 4 dekabr, AZƏRTAC
“Bakcell” şirkəti Yeni il ərəfəsində növbəti kampaniyaya başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2016-cı il yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində abunəçilər gündə 59 qəpik ödəməklə limitsiz şəbəkə daxili danışıq imkanı qazanırlar, eyni zamanda CIN və Klass istifadəçiləri gündəlik 24 saat limitsiz şəbəkə daxili danışıq əldə edirlər. Kampaniyaya qoşulmaq üçün pulsuz USSD kodu yığılmalıdır – *552#YES. İlk 3 günün abunə haqqı, yəni 1.77 manat nömrənin balansında olan vəsaitdən çıxılır. Dördüncü gündən etibarən 59 qəpik abunə haqqı tutulur.
Kampaniyada iştirakı dayandırmaq istəyənlər *552*0#YES kodunu yığmalıdırlar.

Tags:  Bakcell Yeni il ərəfəsində növbəti kampaniyaya başlayıb



RƏYLƏR


Top news