Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək

Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək

Date: 4 December 2015 12:17

Belqradda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

APA-nın "Regnum" agentliyinə istinadən verdiyi xəbərə görə, toplantıda əməkdaşlıq üzrə cari məsələlər, siyasi, digər sahələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Şura Gürcüstan nümayəndəsi Valeri Çeçelaşviliyə GUAM baş katibi kimi uğurlu fəaliyyətinə görə təşəkkür edib. İclasda 1 yanvar tarixindən başlayaraq təşkilata sədrliyin Azərbaycan keçəcəyi, baş katibin isə Altay Əfəndiyev olacağı bildirilib.

Görüşdə GUAM-ın ABŞ, Yaponiya kimi tərəfdaş ölkələr, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığına yüksək qiymət verilib.

Milli.Az


Tags:  Azərbaycan 2016-cı ilin yanvarından GUAM-a sədrlik edəcək


RƏYLƏR


Top news