"Real"ın yalanını üzünə vurdular - FOTO

"Real"ın yalanını üzünə vurdular - FOTO
12:17 4 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in Beynəlxalq İnstitusional Əlaqələri üzrə direktoru Emilio Butragenyo İspaniya Kubokunun 1/16 finalı çərçivəsində "Cadiz"lə matçdan sonra klubun və eləcə də Denis Çerışevin ötən ildən qalan cəza haqda xəbərsiz olduqlarını deyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Butragenyo Nizam-intizam Kodeksinin 41 maddəsinə əsaslanıb. Bu maddəyə əsasən, Federasiya kluba cəza ilə bağlı xəbərdarlıq göndərməli idi. Məhz bu səbəbdən Emilio "Kral klubu"nun turnirdən mümkün kənarlaşdırılacağına şübhə ilə yanaşıb. 
Ancaq "Marca" qəzeti bu gün yeni faktlar ortaya qoyub. Belə ki, İspaniya Futbol Federasiyası bu ilin iyulun 27-də bütün klublara, o cümlədən "Real Madrid"ə cəzalı futbolçularla bağlı məlumat göndərib. Sənəddən də göründüyü kimi, Çerışev kubokda 1 oyunu buraxmalı idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR