Ətraf mühitdə qanun pozuntularına görə 174 akt

Ətraf mühitdə qanun pozuntularına görə 174 akt
12:20 4 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 174 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 müddətli “məcburi göstəriş” verilib.


Ümumilikdə, 53 iş üzrə 78380 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 38 iş üzrə 19637.17 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 122 iş üzrə 20326.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 18, icra qurumlarına isə 13 iş göndərilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR