Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqili Teatrda əsl bayram şousu - FOTO

Musiqili Teatrda əsl bayram şousu - FOTO

Date: 4 December 2015 12:42

Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il - Yeni il bayramı şənliklərinə çiddi şəkildə hazırlaşır. 

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, bayram şənlikləri ilə bağlı hazırlıq prosesi artıq yekunlaşmaq üzrədir. Dövlət Musiqili Teatrında Yeni il şənlikllərinin 24 dekabr 2015-ci il tarixində başlanması və 10 yanvar 2016-cı il tarixinə qədər davam etməsi planlaşdırılır. Teatrın direktor müavini Hüseyn Hüseynov deyib ki, Musiqili Teatr bu il tam fərqli, bir çox yeniliklərlə zəngin olan əsl bayram şousu hazırlayıb.

"Öncə hər kəsi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2016-cı il - Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. Teatrımız bu möhtəşəm bayramlara və bayram tədbirlərinə ciddi şəkildə hazırlaşıb. Bildiyiniz kimi, Yeni il bayramının xüsusi özəllikləri var. Onlardan biri də yolkaların, evlərin, binaların bəzədilməsidir. Bir neçə həftədən sonra 2016-cı ilin gəlişini qeyd edəcəyik. Biz artıq hazırlıq işlərini yekunlaşdırmışıq. Binamızın fasadı Yeni il bayramı münasibətilə tam bəzənib. Yeri gəlmişkən, teatrımızın təşkil etdiyi Yeni il şənliklərində balaca tamaşaçılarımızı bir sıra maraqlı məqamlar, sürprizlər, müxtəlif nağıl qəhrəmanları ilə əyləncələr gözləyir. Şaxta Baba və Qar qız onlar üçün gözəl hədiyyələr hazırlayıblar. Hamını Azərbaycan Dövlət Musiqili Teatrında Yeni ili birlikdə qarşılamağa dəvət edirəm", - deyə Hüseyn Hüseynov bildirib. 

Qeyd edək ki, bayram şousu ilə yanaşı, Dövlət Musiqili Teatrında nağıl-tamaşa da hazırlanır. Məşqləri gərgin şəkildə davam edən nağıl-tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşanın musiqi tərtibatı Mehman Fərəcova məxsusdur. Biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

Milli.Az



Tags:  Musiqili Teatrda bayram şousu FOTO


RƏYLƏR


Top news