"Adını deyə bilmərəm..." - Tünzalə

"Adını deyə bilmərəm..." -  Tünzalə
12:44 4 Dekabr 2015
33 Şou
Ölkə mətbuatı
A- A+

“Çox xoşbəxtəm ki, gözəl səslər tanıdım. “Azərbaycanın səsi”nə heç bir yerdə görünməyən ifaçılar gəlir. Çox kreativ gənclərimiz var”.

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Tünzalə Ağayeva deyib. O, seçdiyi ifaçılarla ciddi məşğul olduğunu vurğulayıb:

“Bilirəm ki, onlar mənim kimi musiqiçi ilə ünsiyyətdədirlər. Musiqinin dərinliklərini öyrənirlər. Bənzər səsləri, tərzləri seçirəm. Komandamda 14 iştirakçı var. Hər biri də mənim üçün fərqlidir".

T.Ağayeva yaradıcılıq yeniliklərindən də bəhs edib:

“Yeni sinqlım çıxır. Adını deyə bilmərəm, bu risk olar. Bəzi nüanslar var ki, açıqlanmamalıdır. Amma yeni mahnım da var. Hüseyn Cavidin şeirinə bəstələdiyim “Başqa bir şey görmədim”  mahnısı. Mahnı artıq hazırdır. 2016-cı ilin ilk bəstəsi olacaq”.

Foto: Ramin ASLANOV



Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR