Sabahın hava proqnozu: qar, şaxta, külək

Sabahın hava proqnozu: qar, şaxta, külək
12:46 4 Dekabr 2015
93 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.   
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın  əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlədə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dekabrın 5-i gündüzdən 7-dək Abşeron yarımadasında  meteoloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=41919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR