Qanlı gülləbaranın TƏFƏRRÜATI - FOTO

Qanlı gülləbaranın TƏFƏRRÜATI - FOTO
12:47 4 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatındakı San-Bernardino şəhərindəki sosial təminat mərkəzinin konfrans zalına soxulan və 14 nəfəri güllələyərək 21 nəfəri yaralayan iki şəxsin terror qruplaşmaları ilə əlaqəli olduqları aşkarlanıb.
San-Bernardinodakı gülləbaranı əslən pakistanlı, 28 yaşlı Seyid Rezvan Fəruk və onun xanımı, əslən pakistanlı olan 27 yaşlı Taşfin Malik törətmişdilər.

Milli.Az CNN-ə istinadən bildirir ki, Seyid Faruk ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBİ) terrorizmdə əli olmaqda şübhəli bildiyi adamlarla telefon danışıqları və sosial şəbəkələr vasitəsilə əlaqələr saxlayıb.

Vaxt keçdikcə Seyid Faruk radikal islamçıya çevrilib.

2014-cü ilin yayında o, Səudiyyə Ərəbistanına yollanaraq orada 9 gün qalmışdı.
Los Angeles Times bildirir ki, Faruk Səudiyyə Ərəbistanına internetdə tanış olduğu Taşfin Maliklə görüşmək üçün yollanmışdı.
Onlar daha sonra evləniblər.

ABŞ-ın ədliyyə naziri Loretta Linçin dediyinə görə, San-Bernardinodakı qanlı cinayətin motivləri ilə bağlı dəqiq məlumatlar hələ də yoxdur.
Reuters isə məlumat verir ki, dekabrın 2-də, gülləbaran günü Faruk sosial təminat mərkəzindəki ziyafətə qatılıb, amma bir müddət sonra oranı tərk edib.
İki saat sonra o, arvadı ilə qayıdıb və bu "cütlük" qarşılarına çıxan hər kəsə atəş açıb.
Həlak olanlar arasında 52 yaşlı yəhudi Nikolas Talasinos da vardı. 
Olaydan iki həftə əvvəl onların arasında dini zəmində kəskin mübahisənin düşdüyü deyilir. O da vurğulanır ki, Faruk yəhudi Talasinosu mərkəzdə görəndə dava salıb, sonra da qisas almaq üçün geri qayıdıb.

Qara rəngli taktiki gülləkeçirməz jiletlər geyinmiş Seyid Faruk və Taşfin Malikin hər birində Llama və Smith and Wesson tapançaları, habelə Smith and Wesson M&P15 avtomatları vardı.
Silahların hamısı ABŞ-da leqal şəkildə satın alınmışdı.
Onlar Ford Expedition SUV markalı avtomobillərinin arxa sağ qapısına da əldəqayırma bomba bərkitmişdilər.
San-Bernardino şəhərindəki Kaliforniya Dövlət Universitetini bitirmiş Farukun xanımı və 6 aylıq qızı ilə yaşadığı, Redlənds şəhərindəki evində 5 min güllə, 12 əldəqayırma partladıcı qurğu, 5 avtomat və 12 tapança tapılıb.
 

Milli.Az






















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR