Siyavuş Novruzov: "Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır"

Siyavuş Novruzov: "Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır"
12:47 4 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ "Azərbaycanda dinlə dövlət ayrı olsa da, dövlət hər zaman dinin yanındadır. Buna bariz nümunə kimi bir çox dini tədbirlər məhz Azərbaycanda keçirilib". "Report" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Dini esktremizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bəzi hallarda din pərdəsi adı altında ayrı-ayrı millətlər, təşkilatlar öz ideyalarını Azərbaycanda idxal etməyə cəhd göstərirlər: "Din adı altında digər ölkələrdə vuruşub sonradan Azərbaycana qayıdanlar çoxdur. Onlar da orada gördükləri və öyrəndikləri təlimləri burada tətbiq etmək istəyirlər. Son zamanlar dünyaya nəzər saldıqda görərik ki, islam adı altında ayrı-ayrı təşkilatlar öz məqsədlərini və məkrli niyyətlərini burada həyata keçirməyə çalışırlar. Yeni qanun layihəsi də bu məkrli fikirlərin qarşısının alınmasına yönələn bir addımdır".
Komitə sədri onu da əlavə edib ki, yeni qanun layihəsinin Nardaran hadisələri ilə heç bir əlaqəsi yoxdur: "Çünki bu qanun layihəsi əvvəldən də düşünülürdü. Ona görə də gərək bir müddət əvvəl qanun layihəsini qəbul edərdik. Çünki dövlətin atdığı hər bir addım insanların təhlükəsizliyinə yönəlir".
S.Novruzovun sözlərinə görə, son hadisələr bir daha göstərdi ki, Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır: "Açıq şəkildə görünür ki, bəziləri dövlətçilik əleyhinə çıxırlar. Nardarandakı hadisələrin dinə heç bir aidiyyəti yoxdur. Oradakı hadisələr sadəcə terrordur".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/siyavus-novruzov-azerbaycan-vetendaslari-ayiq-sayiq-olmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR