Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tərtər sakini qardaşının evini yandırıb

Tərtər sakini qardaşının evini yandırıb

Date: 4 December 2015 12:47

Bakı. 4 dekabr. REPORT.AZ/ Tərtər sakini qardaşının evini yandırıb. "Report"un məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib. Belə ki, həmin kənd sakinləri  İsmayıl və Bəxtiyar Mahmudov qardaşları arasında mübahisə sonradan davaya çevrilib.  
Nəticədə İ.Mahmudov qardaşı B.Mahmudova məxsus fərdi yaşayış evini yandırıb. Yanğın nəticəsində evin bütün əşyaları tamamilə yanaraq yararsız hala düşüb. Bundan başqa,  evin yanında tikilən tövlə ot bağlamaları ilə birlikdə yanaraq kül olub. 
Hadisəni törədən İ.Mahmudov saxlanaraq istintaqa cəlb olunub.

Tags:  Tərtər sakini qardaşının evini yandırıb

RƏYLƏR


Top news