Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov ATƏT DTİHB-nin direktoru ilə görüşüb, Azərbaycanın narazılıqlarını çatdırıb

Elmar Məmmədyarov ATƏT DTİHB-nin direktoru ilə görüşüb, Azərbaycanın narazılıqlarını çatdırıb

Date: 4 December 2015 12:47

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Maykl Link ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir ATƏT DTİHB-nin bu ilin noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etməkdən imtina etməsinin təşkilatın mandatına zidd olduğunu bildirib. E.Məmmədyarov Azərbaycanın məntiqə əsaslanan və konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, qurum tərəfindən belə bir addımın atılmasının ATƏT DTİHB-in müstəqilliyi və qərəzsizliyini sual altına qoyduğunu vurğulayıb. 
Nazir Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun hansı prinsip və metodologiya əsasında bu cür mövqe tutmasının araşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Maykl Link ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun təşkilata üzv olan bütün dövlətlərlə əməkdaşlıq etməkdə maraqlı və hazır olduğunu bildirərək, qurumun gələcəkdə bu istiqamətdə səylərini daha da artıracağını qeyd edib.

Tags:  Elmar Məmmədyarov ATƏT DTİHB-nin direktoru görüşüb Azərbaycanın narazılıqlarını çatdırıb


RƏYLƏR


Top news