Azərbaycanlı biznesmen Moskvada saxlanıldı

Azərbaycanlı biznesmen Moskvada saxlanıldı
13:01 4 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvada saxta spirtli işkilər səbəbindən insan ölümü faktı qeydə alınması işi ilə əlaqədar azərbaycanlı biznesmen saxlanılıb.

ANS PRESS-in məlumatına görə, iş adamının anbarında 160 min şüşə saxta spirtli içki aşkar olunub.

Şübhəli şəxs hadisə yerindən avtomobildə qaçmaq istəsədə polis onu saxlaya bilib. Faktı Rusiya daxili işlər nazirliyindən təstiq ediblər. "Anbarda 160 min vahid spirt tərkibli saxta içki aşkar olunub. Onların yarısı istehlakçının səhhəti və həyatına təhlükəli olub olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Qanunsuz biznesin təşkilində şübhəli bilinən 28 yaşlı Azərbaycan əsilli biznesmen şəxsi avtomobilində hadisə yerindən qaçmağa cəhd göstərib, lakin qısa müddətlik izləmədən sonra saxlanılaraq istintaqa təhvil verilib" - deyə nazirlikdən bildirilib.

Hazırda istintaq baş verənlərdə onun rolunu araşdırır.

Xüsusi əməliyyat bu ilin noyabrında Çuvaşistan, Orenburq, Moskva, Kursk vilayətlərində insanların spirtli içkilərdən kütləvi zəhərlənmə halları faktı əsasında keçirilib. Təkcə Krasnoyarsk vilayətində təhlükəli məhsul 14 nəfərin həyatına son qoyub. Rusiya İstintaq komitəsinin məlumatına görə, saxta içkilər regionlara Moskvadan gətirilib.

Daha əvvəl Rusiyada yaşayan Azərbaycanlı oliqarxlar Qod Nisanov və Zarah İliyevə məxsus “Food City” topdan satış mərkəzində saxta spirtli içkilərlə dolu yük maşını aşkar olunub.

Rusiya İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, yük maşınında saxta araq, konyak, rom və şampan şərabı saxlanılıb.


Qod Nisanov - azərbaycanlı milyonçu


Zarah İliyev - azərbaycanlı milyonçu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR