XİN: Ermənistan xarici işlər nazirinin ATƏT-dəki çıxışı təhrif olunmuş məlumatlara əsaslanır

XİN: Ermənistan xarici işlər nazirinin ATƏT-dəki çıxışı təhrif olunmuş məlumatlara əsaslanır
13:03 4 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ermənistan xarici işlər naziri E.Nalbandyanın ATƏT-in Belqradda keçirilən nazirlər şurasındakı çıxışı mövcud reallıqdan kənar olaraq, tamamilə yalan və təhrif olunmuş məlumatlara əsaslanır.

Bunu Trend-in sualına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, əsassız ittihamlardan ibarət olan bu çıxışda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyişə nail olmaq üçün heç bir müsbət məqam yoxdur: "Bu arada qoşunların təmas xətti boyunca rəsmi Yerevan tərəfindən diversiya əməllərinə əl atılması və bu kimi məsuliyyətsiz davranışın nəticəsində çoxsaylı itkilər verməsi Ermənistanın əsl məqsədinin nədən ibarət olduğunu bir daha göstərir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2465106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR