Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarıv: "Avropa İttifaqının qətiyyətli və birmənalı mövqeyi olmalıdır"

Elmar Məmmədyarıv: "Avropa İttifaqının qətiyyətli və birmənalı mövqeyi olmalıdır"

Date: 4 December 2015 13:05

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-də Belqradda keçirilən ATƏT nazirlər şurasının 22-ci iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizliyi üçün başlıca təhdid olduğu qeyd olunub.

Nazir E.Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq, münaqişənin həlli ilə əlaqədar Avropa İttifaqının qətiyyətli və birmənalı mövqe ifadə etməsinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca atəşkəsin pozulması və insidentlərin yaranmasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğundan irəli gəldiyini bildirib.

Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini nəzərə çatdırıb.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Milli.Az


Tags:  Elmar Məmmədyarıv Avropa İttifaqının qətiyyətli birmənalı mövqeyi olmalıdır


RƏYLƏR


Top news