Deputat: Dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır

Deputat: Dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır
13:08 4 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dini ayinlər zamanı yığılan vəsaitlərin hesabatını aparmaq lazımdır.

Trend-in məlumatına görə, belə bir təkliflə Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc çıxış edib.

Z.Oruc qeyd edib ki, dünyada terrorizmlə fəal mübarizə gedir və terrorizmin maliyyələşdirilməsi özü bir cinayətdir: “Düşünürəm ki, bütün ziyarətgahlarda toplanan ianələrin hesabatı aparılmalıdır. Nə qədər vəsair yığılır, nə qədər xərclənir, məlum deyil. Deyilənlərə görə, təkcə Nardaranda dini ayinlər zamanı bir milyon manata yaxın pul yığılıb. Göründüyü kimi, bu vəsait qəsəbənin inkişafına deyil, terrorizmin maliyyələşdirilməsin və silah alınmasına sərf edilir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2465114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR