Bakıda 42 yaşlı kişi boğazını kəsərək intihar edib. Hadisə Pirallahıda baş verib.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, Pirallahı rayon sakini, 1973-cü il təvəllüdlü Adil Eldar oğlu Ələkbərov yaşadığı evin hamam otağında boğazını kəsib. Otağın qapısının bağlı olduğunu görən ailə üzvləri dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Qapı açıldıqda isə Adil Ələkbərov boğazı kəsilmiş halda aşkalanıb.
Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bu, son iki ayda ikinci haldır. Noyabr ayının 3-də Bakıda dəhşətli intihar hadisəsi baş verib. Zəngilan rayonunda anadan olub, paytaxtın Zabrat qəsəbəsində yaşayan 1972-ci ildə Həsənqulu Aydın oğlu Hümmətov yaşadığı evin hamamında boğazını bıçaqla kəsərək intihar edib. 43 yaşlı kişi çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib. Onun cansız bədənini ailə üzvləri aşkar ediblər.