Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İzzət onları məhkəmə ilə hədələdi

İzzət onları məhkəmə ilə hədələdi

Date: 4 December 2015 13:16

Müğənni İzzət Bağırzadəni özündən çıxardılar.

Axşam.az-ın məlumatına görə, sənətçini İnstaqram izləyiciləri əsəbiləşdirib.

İfaçı sosial şəbəkədə yazdığı aqressiv ifadələrə aydınlıq gətirib:

“26 ildir bu sahədə öz mədəniyyətimlə, ifamla, dinimlə, imanımla tanınmışam. Bu sahədə əziyyət çəkmişəm. Dünən  izləyicilərdən biri gecə saat 4 də səhifəmdə nalayiq sözlər işlədib. Səhər tezdən durdum baxdım, çox əsəbiləşdim. Ümumiyyətlə, son vaxtlar insanlar daha aqressiv olub. Bu xüsusi ilə də müğənnilərdə özünü göstərir. Bir şəkil paylaşırsan, baxırlar müğənninin ayağına, saatına, geyiminə ki, nəsə irad tutub tez yazsınlar. Özüdə bilərəkdən gecə vaxtı yazırlar ki, mən həmin an bu adama cavab verə bilməyim. Səhər oyanıb mən də tənqid yazdım. Bu mənim şəxsi səhifəmdəki fikrim olub. Biz müğənnilər də insanıq, daşdan deyilik. Əlbəttə hər insanın zəif nöqtəsi var, indi baxın bu adam məni necə özümdən çıxarıbsa, belə bir ifadələr işlətmişəm. Məni təhqir edən şəxsi bu gündən etibarən məhkəməyə verəcəm. Hər kəs cəzasını çəksin”.

Tags:  İzzət onları məhkəmə hədələdi

RƏYLƏR


Top news