Qubanın əksər dağ kəndlərinə gedən yol bağlanıb

Qubanın əksər dağ kəndlərinə gedən yol bağlanıb
13:16 4 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Şimal bölgəsinə yağan güclü qar ciddi fəsadlar törədib. Yol və enerji təsərrüfatı ziyan çəkib.

ANS PRESS-in məlumatına görə, gecə saatlarından yağan qar yolları iflic edib. Magistral yollarda avtomaşınların hərəkətində ciddi maneə və çətinlik yaranıb. Xınalıq istiqamətinə gedən yol tamamilə bağlıdır. Bu istiqamətdə və Qonaqkənd-Buduq-Dərk, o cümlədən də Yerfi istiqamətində yerləşən 20-dən artıq kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Müşahidələrmiz zamanı dağ yollarına bələd olan bir-iki avtomobil görsək də əsasən sakinlər piyada hərəkət edirdi. Hətta hərəkət edə bilmədiyindən yolun kənarında saxlanılmış avtomaşınlar da dayanmışdı.


Xınalıq yolu bağlanıb

Güclü qar Quba və Qusar rayonlarının enerji təsərrüfatında da fasilələr yaradıb. Dağ kəndlərinə və rayon mərkəzlərinə enerji fasilələrlə verilib. Hazırda Azərişığın rayon şöbələri qarın yaratdığı fəsadları aradan qaldırmaqla məşğuldur.



Quba ərazi hidrometeorologiya müəssisəsindən ANS PRESS-ə verilən məlumata görə, bölgədə ən çox qar 59 sm olmaqla, Qubanın Xınalıq kəndində müşahidə olunub. Qubanın Qrız kəndində 45, Qusarın Ləzə kəndində 35, Xızının Altıağac kəndində isə 31 sm qar müşahidə olunub. Nəqliyyat Nazirliyinin Qubadaki 6 saylı Yol İstismar İdarəsinin işçləri bağlanmış Xinalıq yolunun açılması istiqamətində səhər saatlarından işə başlayıblar.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR