​Əfqanıstanda 12 dinc sakin ölüb, 6-sı yaralanıb

​Əfqanıstanda 12 dinc sakin ölüb, 6-sı yaralanıb
13:17 4 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Əfqanıstanın Vardak əyalətində minaatanlardan açılan atəş nəticəsində azı 12 dinc sakin ölüb, 6 nəfər yaralanıb.
"Report" Əfqanıstan televiziyasına istinadən xəbər verir ki, atəş nəticəsində ölənlərdən 6-sı uşaqdı.
Hadisə Danbokay kəndindəki məscidin yaxınlığında baş verib.
Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməsə də, telekanalına məlumatına əsasən, həmin bölgədə ordu "Taliban" hərəkatının silahlılarına qarşı əməliyyat keçirir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-12-dinc-sakin-olub-6-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR