Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xınalıq "mühasirə"dən çıxır

Xınalıq "mühasirə"dən çıxır

Tarix: 4 Dekabr 2015 13:17

Hal-hazırda Quba-Xınalıq yolu istisna olmaqla respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem yoxdur.

Bu barədə Milli.Az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün cəmiyyətin əməkdaşları tərəfindən gecə boyu lazımi tədbirlər görülüb, yollar qardan təmizlənib, yollara duz-qum qarışığı səpilib: "Quba-Xınalıq yolunda Bostankeş və Xınalıq kəndləri arasındakı olan yol artıq təmizlənib və Quba şəhəri istiqamətinə doğru təmizlənmə işləri davam etdirilir. Qubadan Xınalıq kəndi istiqamətində də xüsusi texnikalarla yolun qardan təmizlənməsi işləri aparılır. Gün ərzində çalışılacaq ki, həmin yolda da nəqliyyat vasitələrinin hərəkəti bərpa olunsun".
 

İlkin İzzət
Milli.Az


Teqlər:  Xınalıq mühasirədən çıxır



RƏYLƏR


Top xəbərlər