"Google" Azərbaycan muzeylərini məşhur layihəsinə daxil edib

"Google" Azərbaycan muzeylərini məşhur layihəsinə daxil edib
13:17 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ "Google" axtarış sistemi Azərbaycanın üç muzeyini qeyri-adi detallar ilə incəsənət əsərlərinin kəşf edilməsi və izlənilməsinə imkan verən dünyanın ən iddialı institutlarının vahid qlobal platformasına daxil edib. Belə ki, Azərbaycanın Xalça Muzeyi, Musiqi Mədəniyyəti Muzeyi və Milli İncəsənət Muzeyi "Google Cultural Institute" layihəsinin sırf muzeylərə həsr olunan "Art Project" bölməsinə daxil edilib. Bu barədə "Report"a layihənin təmsilçisi Kirill Zemtsov məlumat verib.
Onun sözlərinə görə, adi istifadəçilər üçün nəzərdə tutulan layihə ümumilikdə 3 hissədən ibarətdir, digər iki hissəsi isə "Historic moments"də arxivlərdə saxlanılan məlumatlar və "World Wonders"də isə dünyanın müxtəlif hissələrinin panoram görünüşləri ehtiva olunur.
K.Zemtsov əlavə edib ki, gələcək də Azərbaycanın digər maraqlı və görməli tarixi-mədəni şəhərləri, abidələri haqda da məlumatlara geniş yer veriləcək.
İncəsənət əsələri və mədəniyyətlə bağlı məlumatların toplandığı platforma kommersiya xakateri daşımır. Layihə dünyanın müxtəlif mədəni irsləri barədə daha detallı məlumat əldə etmək üçün yaradılıb. Azərbaycan haqda məlumat əldə etmək istəyənlər "Google"da "Google Cultural Institute" yazaraq, axtarış bölməsində "Azərbaycan" açar sözünü daxil etməklə, milli muzeyləri görə bilərlər. Burada muzeyi onlayn şəkildə gəzmək mümkündür. Layihədə, məsələn, Xalça Muzeyində Azərbaycan xalçaları, onlar haqda məlumatlar, materiallar, tarixi, toxunduğu yer, o cümlədən muzeydə sərgilənən tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları da öz əksini tapıb.
Qeyd edək ki, şirkətin Azərbaycan tərəfdən kontent tərəfdaşı "Colorit" Yaradıcılıq Emalatxanasıdır.
Ümumilikdə, "Google Cultural Institute" layihəsi çərçivəsində dünyanın 250 institutu ilə əməkdaşlıq əlaqələri mövcuddur. Burada 6 mindən çox rəssamın 10 mindən artıq əsəri yerləşdirilib. Bütün bunları onlayn olaraq izləmək mümkündür. Bu layihədə Qətərin İslam Mədəniyyəti Muzeyi, Vaşinqtonun Ağ Evi, Braziliyanın San-Paulo küçə mədəniyyəti kolleksiyasını, Parisdə "Musée d’Orsay" muzeyini, Yaponiyanın məşhur rəssamı Hideyori Kanonun əsərlərini, həmçinin Hindistanın müasir incəsənət milli galereyasını "gəzmək" olar.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/google-azerbaycanin-muzeylerini-meshur-layihesine-daxil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR