Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan XİN erməni naziri biabır etdi

Azərbaycan XİN erməni naziri biabır etdi

Date: 4 December 2015 13:17

Ermənistan xarici işlər naziri E.Nalbandyanın ATƏT-in Belqradda keçirilən nazirlər şurasındakı çıxışı mövcud reallıqdan kənar olaraq, tamamilə yalan və təhrif olunmuş məlumatlara əsaslanır.

Bunu Trend-in sualına cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, əsassız ittihamlardan ibarət olan bu çıxışda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyişə nail olmaq üçün heç bir müsbət məqam yoxdur: "Bu arada qoşunların təmas xətti boyunca rəsmi Yerevan tərəfindən diversiya əməllərinə əl atılması və bu kimi məsuliyyətsiz davranışın nəticəsində çoxsaylı itkilər verməsi Ermənistanın əsl məqsədinin nədən ibarət olduğunu bir daha göstərir".

Milli.Az


Tags:  Azərbaycan XİN erməni naziri biabır etdi

RƏYLƏR


Top news