Basketbol üzrə Avropa Liqasının
8-ci turunun oyunları keçirilib.
ANS PRESS-in məlumatına görə, "A" qrupunda turnirin ötənilki qalibi
"Real Madrid" qrupun lideri "Fənərbaxça"ya 80-73 hesabı ilə qalib gəlib. "B" qrupunda keçirilən matçlarda isə, "Olimpiakos" "Milan"nı 73-63, "Laboral Kutça" "Limoj"u 92-56 və "Anadolu", isə səfərdə "Tsedevita"nı 81-75 hesabı ilə üstələyib.
Cari ilə uğursuz start verən "D" qrupunun lideri "CSKA" isə, növbəti dəfə 100 xallıq nəticəyə imza atıb. Ordu klubu Almaniyada "Brose Baskets"i 100-88 hesabı ilə məğlub edib. Qrupun digər matçında qonaqlar üstün olub.
İtaliyada "Makkabi Təl-Əviv" yerli "Sassari"ni iki xal fərqlə üstələyib: 76-74. Turun qalan 5 matçı bu gün keçiriləcək.
"Real Madrid" - "Fənərbaxça" matçı