Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dani Alveş: "Ronaldu "üçlük"də olmağa layiq deyil"

Dani Alveş: "Ronaldu "üçlük"də olmağa layiq deyil"

Date: 4 December 2015 13:27

"Messi digərlərindən fərqlənir. Neymar isə ikinci olmalıdır".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın braziliyalı müdafiəçisi Dani Alveş deyib.

"Qızıl top"a namizədlər haqda danışan təcrübəli futbolçu ilk "üçlük"də Kriştianu Ronaldunun qərarlaşmasından narazıdır.

Onun fikrincə, Ronaldu bu il mükafata əsas namizədlərin sırasına düşməməli idi: "Ronaldu "üçlük"də olmağa layiq deyil. Ötən il haqlı olaraq, "Qızıl top" mükafatını qazandı. Ancaq ilin ən yaxşı futbolçusu seçilən şəxs təkcə qol vurmalı yox, həm də oyuna təsir etməlidir. Yalnız qol vurmaqla iş bitmir. Çünki futbol kollektiv idman növüdür".
 
Qeyd edək ki, "Qızıl top" mükafatının qalibinin adı yanvarın 11-də açıqlanacaq. 

Milli.Az


Tags:  Dani Alveş Ronaldu üçlükdə olmağa layiq deyil

RƏYLƏR


Top news