İtaliyada Ərdoğanın oğlu barədə araşdırma başladı

İtaliyada Ərdoğanın oğlu barədə araşdırma başladı
13:29 4 Dekabr 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

 

İtaliyanın hüquq-mühafizə orqanları qarşısında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğanın bu ölkəyə külli miqdarda pul köçürməsinin araşdırılması ilə bağlı iddia qaldırılıb. Lent.az-ın məlumtına görə, “Corriere della Sera” qəzetində yer alan xəbərdə bildirilir ki, məsələ ilə bağlı İtaliya prokurorluğunda müvafiq araşdırmalara başlanılıb.

 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına konkret kimin müraciət etdiyi açıqlanmasa da həmin şəxsin Balonyada fəaliyyət göstərən iş adamı olduğu və vəkili Massimiliano Annetta vasitəsi ilə prokurorluğa müraciət etdiyi qeyd edilib. Həmin şəxsin Türkiyədə hakimiyyətdə olan partiyaya müxalifətdə olduğu və Avropada mühacirətdə yaşadığı əlavə edilib.

 

Qeyd edək ki, keçən ay Bilal Ərdoğanın həyat yoldaşı və uşaqları ilə birlikdə İtaliyanın Emilia bölgəsindəki Baloniya şəhərinə köçdüyü barədə xəbər yayılmışdı. Onun buradakı Baloniya Con Hopkins universitetində dokturantura təhsili aldığı bildirilirdi. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR