Bakıda külək məktəbin damını uçurdu

Bakıda külək məktəbin damını uçurdu
13:39 4 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda əsən güclü külək məktəblərdən birinin damını uçurub. Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Məşədi Adil küçəsi 4 ünvanında yerləşən Hüseynbala Ağaverdiyev adına 113 №-li tam orta məktəbin damının yarıdan çoxu küləyin təsiri ilə uçub. 3 mərtəbəli məktəb binasının şiferdən hazırlanmış damı gecə saatlarında uçduğundan xəsarət alan olmayıb.

 

Məktəbdən Lent.az-a bildirilib ki, Sabunçu rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb. Dövlət qurumlarının əməkdaşları məktəbə baxış keçiriblər. Hazırda dərslər həmişəki qaydada davam edir.

 

Məktəbə dəymiş ziyan məsələ ilə bağlı yaradılmış komissiyanın yekun qərarından sonra müəyyənləşəcək.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223949

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR