Davudoğlu Bakıda Ermənistana çağırış etdi: “Torpaqları qaytaracağınız təqdirdə..."

Davudoğlu Bakıda Ermənistana çağırış etdi: “Torpaqları qaytaracağınız təqdirdə..."
13:39 4 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

“Can Azərbaycanın işğal altındakı torpaqları işğaldan azad olunana kimi Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu ADA Universitetində çıxışı zamanı deyib. O, çıxışında Ermənistana da çağırış edib: “Sizə aid olmayan torpaqları sülh şəraitində sahibinə qaytaracağınız təqdirdə, Türkiyə, Azərbaycan və Gürcüstan arasında qurulmuş sülh və vizyon ittifaqına qoşula bilərsiniz. Biz kiməsə qarşı düşmən münasibətində deyilik. Amma Azərbaycanın hər qarış torpağı əzizdir və mütləq işğaldan azad olunmalıdır”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223947

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR