Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaqlar üçün tamaşanı bərpa edirlər - FOTO

Uşaqlar üçün tamaşanı bərpa edirlər - FOTO

Date: 4 December 2015 13:42

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, uzun illər teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan biri olan "Dovşanın ad günü" əsaslı bərpa olunaraq yenidən repertuara daxil ediləcək. 

Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, aranjmançısı Vasif Hüseynlidir. 

Tamaşada  mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq. Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər. Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşanın nə ilə nəticələnəcəyini bilmək istəyən bütün azyaşlı tamaşaçılarımızı repertuarımızı izləməyə dəvət edirik. 

Məlumat üçün bildirək ki, yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunmuş tamaşa 2016-cı ilin yanvar ayının sonlarında məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.

Milli.Az






Tags:  Uşaqlar tamaşanı bərpa edirlər FOTO


RƏYLƏR


Top news