Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Britaniyanın məşhur teatrları Bakıda tamaşa göstərəcək

Date: 4 December 2015 13:42

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzi yayıb. Layihənin misiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.
Mövsüm dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı Vilyam Şekspirin “Hamlet” tamaşası ilə açılacaq. Tamaşa rus dilində alt yazılarla təqdim olunacaq.
Nümayiş olunacaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazananlardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəsüratı yaradacaq.
Theatre HD layihəsi çərçivəsində təqdim olunan növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15–nə planlaşdırılıb.
British Council Azərbaycan-ın direktoru Elizabet Vayt layihə ilə əlaqədar verdiyi şərhdə deyib: “Mən böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəmizə start veririk və ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq. Xüsusilə ilk tamaşanı izləmək üçün çox səbirsizəm”.

Tags:  Britaniyanın məşhur teatrları Bakıda tamaşa göstərəcək

RƏYLƏR


Top news