“Taliban” hərəkatının başçısı aldığı yaralardan ölüb

“Taliban” hərəkatının başçısı aldığı yaralardan ölüb
13:43 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
“Sinxua” agentliyinin məlumatına əsasən dekabrın 2-də Əfqanıstanda yaralanan “Taliban” hərəkatının başçısı molla Əhtar Məhəmməd Mənsur həyatını itirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat Əfqanıstan hökumətinin rəsmi nümayəndələri tərəfindən də təsdiqlənib.
Molla Mənsur Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatına iyul ayının axırlarında – hərəkatın banisi molla Məhəmməd Ömərin ölümündən sonra başçılıq etməyə başlamışdı. Bundan sonra hərəkatın daxilində ikitirəlik yaranmışdı. Onun digər qruplaşma başçısı ilə atışmada yaralandığı bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taliban_herekatinin_baschisi_aldigi_yaralardan_olub-908218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR